İsrailin Livana hücumları davam edir

İsrailin Livana hücumları davam edir
Yayınlanma tarixi: 2/17/2026 11:48:22 AM

Livan-Suriya sərhədi yaxınlığındakı Məcdəl Əncər şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) bir nəqliyyat vasitəsini hədəf alıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, hücum nəticəsində azı dörd nəfər həlak olub.

Agentliyin yaydığı xəbərdə qeyd olunur ki, pilotsuz uçuş aparatı Əl-Məsnə sərhəd keçid məntəqəsi ilə Livan–Suriya sərhədində yerləşən Cədidə Yabus kəndi arasında hərəkət edən nəqliyyat vasitəsini hədəf alıb. Hücum nəticəsində xəsarət alanların da olduğu bildirilir. Məlumata yaxınlıqdakı kəndlərdə dörd güclü partlayış səsinin eşidildiyi vurğulanıb.

Bildirilir ki, İsrail həm uzun illərdir nəzarətində saxladığı ərazilərdə, həm də 2023-cü ilin oktyabrında başlayan müharibə dövründə ələ keçirdiyi beş strateji yüksəklikdə öz hərbi mövcudluğunu davam etdirir.

Qeyd edək ki, İsrailin Livana endirdiyi zərbələr nəticəsində indiyədək 4 mindən çox insan həyatını itirib, 17 mindən artıq adam isə yaralanıb.

GÜNÜN MANŞETLERİ

İsrailin Livana hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları davam edir

6/23/2026 4:45:30 PM
Sabah yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq - PROQNOZ

6/23/2026 1:20:01 PM
Pezeşkiyan rəsmi danışıqlar aparmaq üçün Pakistana gedib
DÜNYA / İSLAM DÜNYASI

Pezeşkiyan rəsmi danışıqlar aparmaq üçün Pakistana gedib

6/23/2026 12:40:28 PM