İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb
Yayınlanma tarixi: 8/10/2026 12:52:16 PM

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb.

Livan Səhiyyə Nazirliyinin son açıqlamasına görə, 2 martdan bəri İsrailin Livana hücumlarında 4335 nəfər şəhid olub.

İslamazeri.com xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, sionist İsrail ordusunun 2 martda ölkənin müxtəlif bölgələrini hədəf alaraq başlatdığı hücumlar nəticəsində şəhidlərin sayı 4335-ə, yaralıların sayı isə 12277-yə çatıb.

Tərəflər arasında imzalanan atəşkəs və çərçivə sazişinə baxmayaraq, İsrail rejiminin Livana hücumları davam edir.

Livan hökuməti əvvəllər hücumlar nəticəsində didərgin düşmüş insanların sayının bir milyonu keçdiyini açıqlamışdı.

GÜNÜN MANŞETLERİ