İsrailli analitikdən etiraf: İranın raket gücünə qarşı tam müdafiə mümkün deyil

İsrailli analitikdən etiraf: İranın raket gücünə qarşı tam müdafiə mümkün deyil
Yayınlanma tarixi: 2/21/2026 1:30:01 PM

Sionist hərbi analitik İsrail rejiminin İranın ballistik raketləri ilə mübarizədə acizliyini etiraf edib.

İslamazeri.com xəbər verir ki, Əl-Qüds qəzetinin məlumatına görə, Yossi Yehoşua "Yedioth Ahronoth" qəzetində dərc olunmuş təhlilində İsrailin minlərlə İran ballistik raketi ilə qarşılaşacağı təqdirdə güclü və qətiyyətli bir həll yoluna sahib olmadığını etiraf edib.

Yehoşua həmçinin bildirib ki, hava hücumundan müdafiə sistemlərinin genişləndirilməsi bu cür hücumların təsirini bir qədər azalda bilsə də, onlara tamamilə qarşı durmaq mümkün deyil.

Analitik həmçinin İranın çox sayda ballistik raket istehsal etmək qabiliyyətinə diqqət çəkib.

Bundan əlavə, hərbi analitik və ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter əvvəllər USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin İranın qarşısında "oturan ördək" kimi olduğunu və İranın onu dənizin dərinliklərinə batıra biləcəyini bildirib.

GÜNÜN MANŞETLERİ

Bu gün Beynəlxalq Ana Dili Günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Ana Dili Günüdür

2/21/2026 11:41:09 AM