İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
Yayınlanma tarixi: 5/8/2026 1:12:35 PM

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib.

İslamazeri.com xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Təl-Əviv administrasiyasının bölgədəki ölkələrə qarşı hücumları və işğal planları ilə bağlı açıqlamalar verib.

Smotriç Baş nazir Benyamin Netanyahu ilə "kəskin fikir ayrılıqları" olduğunu söyləyərək əlavə edib: "Mənim müharibəyə böyük təsirim var".

Smotriç İsrailin hücum etdiyi ərazilərdəki sərhədlərin yenidən çəkilməli olduğunu iddia edərək bildirib ki, "Bu müharibə İsrail Dövlətinin Qəzza, Livan, Suriya və əlbəttə ki, Qərb Şəriyədəki sərhədlərinin yenidən çəkilməsi ilə başa çatmalıdır".

Smotriç baş nazir olma ehtimalı ilə bağlı deyib: "Əgər bu, məndən asılı olsaydı, biz artıq bu əraziləri ilhaq edərdik".

Prioritetinin ərazi nəzarəti olduğunu vurğulayan Smotriç bildirib ki, "Onların neçə nəfəri öldürdüyümüzün, bombaladığımızın və zərbə endirdiyimizin əhəmiyyəti yoxdur; onların vecinə olan şey onların torpaqlarının nə qədərini ələ keçirdiyimizdir".

Smotriçin sözləri İsrailin təkcə Fələstində deyil, həm də Suriya və Livan ərazisindəki ekspansionist siyasətini ortaya qoyduğu üçün tənqidlərə səbəb olub.

GÜNÜN MANŞETLERİ

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM
İsrail Livanda günahsız insanları bombalayır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda günahsız insanları bombalayır

5/8/2026 12:49:14 PM