İtaliya: Qəddafinin öldürülməsinə icazə vermək böyük səhv idi

İtaliya: Qəddafinin öldürülməsinə icazə vermək böyük səhv idi
Yayınlanma tarixi: 17.08.2023 13:31:23

Bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Toskana ştatının Lukka şəhərində keçirilən ictimai tədbirdə çıxışında deyib.

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Tajani Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin öldürülməsinə icazə verilməsinin “böyük səhv” olduğunu etiraf edib. Nazirin bu tarixi sözləri zalda böyük alqışlarla qarşılanıb.

İslamazeri.com xəbər verir ki, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Toskana ştatının Lukka şəhərində keçirilən ictimai tədbirdə çıxış edərək deyib:

“Qəddafinin öldürülməsinə icazə vermək böyük səhv idi.

Qəddafi demokratiya modeli olmaya bilər, amma onun ölümü ilə Şimali Afrikada qeyri-sabitlik başladı.".

Tajani həmçinin əlavə edib ki, Qəddafi ilə razılaşmalar sayəsində İtaliya “immiqrant axınını dayandıra bilib” və vəziyyət “daha stabildir”.

"O, şübhəsiz ki, ondan sonra gələn hər kəsdən daha yaxşı idi. Bundan sonra terror gəldi, Müsəlman Qardaşlar gəldi.", - deyən Tajaninin çıxışının videosunu Vista xəbər agentliyi yayıb. Nazirin Liviya ilə bağlı dediyi sözlər zalda alqışlarla qarşılanıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55