Jurnalistin övladının saçına irad bildirən müəllim töhmət alıb

Jurnalistin övladının saçına irad bildirən müəllim töhmət alıb
Yayınlanma tarixi: 12/16/2021 5:22:52 PM

Jurnalistin oğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edən müəllimə töhmət verilib.

Bakıda 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideynlə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məktəb rəhbərliyi həmin müəllimə töhmət verib: "Həmçinin Təhsil İdarəsindən valideynlə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb".

Xatırladaq ki, hadisə bir müddət əvvəl Almaniyadan Azərbaycana deportasiya olunan jurnalist Röya Rəfilinin övladı ilə bağlı baş verib. Belə ki, 116 nömrəli məktəbin müəllimi jurnalistin oğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edib.

GÜNÜN MANŞETLERİ

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM
İsrail Livanda günahsız insanları bombalayır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda günahsız insanları bombalayır

5/8/2026 12:49:14 PM