Keçmiş keşikçi və Ayətullah Mərəşi Nəcəfinin əhvalatı

Keçmiş keşikçi və Ayətullah Mərəşi Nəcəfinin əhvalatı
Yayınlanma tarixi: 18.05.2023 18:00:09

İslamazeri-nin "Din" rubrikasından...

İslamazeri.com: Möminlərin də başqalarının əməllərini görmələri mümkündür. Bəzən Allah birini islah etmək üçün möminlərə onun əməlini görməyə izn verir. İslah məqsədi ilə olmasa, Allah buna izn verməz. Çünki O, eybləri örtəndir.

Ayətullah əl-üzma Mərəşi Nəcəfinin vurğunlarından olan bir nəfər tacir deyirdi: “Zülmkar şah zamanında keşikçi idim. Günlərin birində 15-16 yaşında bir gəncin Mercedes-Benz maşınında sükan arxasında oturduğunu gördüm. Onun sürücülük vəsiqəsi olmadığına əmin oldum. Maşını saxladım. O, göy rəngli beş tümənlik çıxarıb mənə verdi. Pulu alıb, onun tez ordan uzaqlaşmasını istədim”.

Həmin gün qüsl etməli idim. Özlüyümdə fikirləşdim ki, ümumi hamama gedib, bu pulu verib qüsl edərəm. Bu fikirdə idim ki, görüm, Ayətullah Mərəşi Nəcəfi sübh namazı qılmaq üçün hərəmə gedir. O, öz yolunu dəyişib, mənim keşikdə dayandığım qapıya tərəf gəldi. Qapının ağzında dayanaraq məni çağırdı. Göy rəngli beş tümənlik mənə verib dedi: “Haram pul ilə qüsl etmək icazəli deyil və qüslü batil edir”.

Fikrə daldım! Dedim, əgər bu insandırsa, bəs onda mən kiməm?!

Sübhün ilk çağı idarəyə gedib, istefa verdim və Ayətullah Mərəşi Nəcəfinin müridi oldum ki, insan olum.

Ustad Furugi

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55