Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Yayınlanma tarixi: 1/12/2026 2:31:31 PM

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

K.Heydərov Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən K.Heydərov, ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində məhsuldar keçdiyini vurğulayıb.

 

Görüşə görə təşəkkürünü bildirən səfir Əhməd Metani iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM