Kərbəlada “İmam Hüseyn (ə) və Şərqşünaslıq” konfransı keçiriləcək

Kərbəlada “İmam Hüseyn (ə) və Şərqşünaslıq” konfransı keçiriləcək
Yayınlanma tarixi: 24.01.2023 14:31:19

Kərbəlada “İmam Hüseyn (ə) və Şərqşünaslıq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İraqın müqəddəs Kərbəla şəhərində “İmam Hüseyn (ə) və Şərqşünaslıq” mövzusunda və “İmam Hüseyn, Cahanşümulluq və əbədiyyət” devizi altında beynəlxalq konfrans keçiriləcək.

İslamazeri.com xəbər verir ki, “İmam Hüseyn (ə) və Şərqşünaslıq” beynəlxalq elmi konfrans cari ilin may ayının 12-13 tarixində müqəddəs Kərbəla şəhərində keçiriləcək.

Konfrans İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsinin tabeliyində olan “Varisul-Ənbiya” Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə üç dildə, yəni ərəb, ingilis və fars dilləri üzrə keçiriləcək.

Konfransa məqalələr təkcə bu üç dildə deyil, Fransız, rus və türk dilləri üzrə də qəbul edilir. Məqalələr gələn fevral ayının sonunadək qəbul olunur.

Şərqşünasların İmam Hüseynin (ə) şəxsiyyəti, Aşura qiyamı və onun əbədiliyi və cahanşümulluğu ilə bağlı ərsəyə gətirdikləri araşdırmaların tanıtdırılmasını hədəfləyən bu konfransda əsas doqquz istiqamət üzrə məqalələr verilə bilər:

1-    İmam Hüseyn (ə), onun Əhli-beyti və əshabı şərqşünasların düşüncəsində

2-    Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda düşüncələri

3-    Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda əsərləri və fəaliyyətləri

4-    Şərqşünasların mövzu ilə bağlı mənbə və üslubları

5-    Şərqşünasların yazılı irslər, o cümlədən məqtəllər və biblioqrafik əsərlər barədə fikirləri

6-    Məhərrəmlik atributları ilə bağlı şərqşünasların nəzəri

7-    Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda iradları və cavablar

8-    Şərqşünasların İmam Hüseyn (ə) hərəkatının atribut və mədəniyyəti barədə fikirləri

9-    İmam Hüseyn (ə) hərəkatı haqda şərqşünasların ədəbi və bədii əsər və araşdırmaları

Qeyd edək ki, bu beynəlxalq konfransın qaliblərinə pul mükafatları da vəd edilib.

Məqalələri İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsinin tabeliyində olan “Varisul-Ənbiya” Araşdırmalar Mərkəzinin saytında göstərilən ünvanlara və ya aşağıda saytın linkinə daxil olub göndərmək mümkündür.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43