Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman problemi həll olunub

Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman problemi həll olunub
Yayınlanma tarixi: 10/13/2022 3:29:16 PM

Ölkədə kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman təminatında hazırda problemlərin olması barədə məlumat yayılıb.

İslamazeri.com xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, nazirlik bununla bağlı dövlət başçısına müraciət edib və Prezidentin müvafiq göstərişinə əsasən, problemin aradan qaldırılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.

“Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təchizatının təmin edilməsi barədə” Səhiyyə Nazirliyinin 19 noyabr 2021-ci il tarixli 97 nömrəli əmrinə əsasən nazirliyin “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən müvafiq tələbata uyğun olaraq xəstələr üçün lazımi dərman preparatları tender vasitəsi ilə alınıb və Elmi Tədqiqat Pediatriya İnstitutunun nəzdində olan 6 nömrəli Uşaq Klinik Xəstəxanasına təhvil verilib. Hazırda problem həllini tapıb və dərmanlar kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara paylanılır”.

Qeyd edilib ki, kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman preparatları ilə təminatına dövlət tərəfindən verilməsi ilə bağlı “Kistoz-fibroz xəstələrinə yardım” İctimai Birliyi Səhiyyə Nazirliyinə məktub ünvanlayıb və məsələ həllini tapıb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM