Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimi ləğv olundu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimi ləğv olundu
Yayınlanma tarixi: 10/9/2022 1:08:36 PM

“Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təliminin ləğvinin səbəbi haqqında açıqlama verilməyib.

İslamazeri.com Rusiya mediasına istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qazaxıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv edilib.
Bu Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Bununla bağlı Qazaxıstan Müdafiə Nazirliyi müvafiq qərar qəbul etdiyi önə çəkilir.
“Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təliminin ləğvinin səbəbi haqqında açıqlama verilməyib.
“Sarsılmaz Qardaşlıq – 2022” çərçivəsində sülhməramlı əməliyyatının keçirilməsi və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı.

GÜNÜN MANŞETLERİ

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı

7/28/2026 5:25:37 PM
Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM