KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb
Yayınlanma tarixi: 3/6/2023 10:09:27 AM

KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, onlardan 116-sı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 17-si sirkə turşusundan, 20-si dəm qazından, 4-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 9-u allergik reaksiya, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 52-si qadın, 40-ı kişi, 24-ü isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 4 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 7-si kişi, 2-si qadındır.

GÜNÜN MANŞETLERİ

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM
İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır

4/28/2026 3:00:01 PM