Kürdəmirdə mağazada yanğın olub

Kürdəmirdə mağazada yanğın olub
Yayınlanma tarixi: 11/17/2022 10:25:59 AM

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Aran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasının tavanında baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80m2 olan mağazanın lambirdən ibarət tavanı 40m2 sahədə yanıb. Mağazanın qalan hissəsi və mağazadakı mallar, habelə bitişik obyektlər yanğından mühafizə olunub.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM