Əl-Husi: Səudiyyə koalisiyası Yəməndə xaos yaratmaq istəyir

Əl-Husi: Səudiyyə koalisiyası Yəməndə xaos yaratmaq istəyir
Yayınlanma tarixi: 10/19/2022 11:57:45 AM

"İşğalçı Səudiyyə koalisiyası hökumət binalarına hücum edərək və onları bağlamaqla Yəməndəki xaosu davam etdirməyə çalışır"

İslamazeri.com xəbər verir ki, bunu Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Husi deyib.

O daha sonra əlavə edib:

"Səudiyyə koalisiyasının dövlət qurumlarına hücumları səbəbindən bu qurumların bir çoxu bağlanıb və bu qurumların fəaliyyətsizliyi Yəmən xalqı üçün bir çox problemlərə səbəb olub.

Hava bombardmanlarının az olduğu dövrlərdə dövlət qurumlarında sıx iştirak etmək, keçmişdəki çatışmazlıqları aradan qaldırmaq, cəmiyyətdə var olmaq və insanların problemləri ilə məşğul olmaq lazımdır. Xaricdən idxala arxalanmaq ciddi problemdir. Çünki bu, böyük səhvdir və ötən illərdə ölkənin milli təhlükəsizliyini təhlükə altına qoyub.

ABŞ-ın Avropa və Ukraynada yaratdığı problemlərin iqtisadi ölçüdə də nəticələri var və buna görə də biz kənd təsərrüfatı ölçüsünə də diqqət yetirməliyik. Çünki o, milli iqtisadiyyatın dayağıdır".

GÜNÜN MANŞETLERİ

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM