Laricani: ABŞ və İsrailin "qəlbini" yandıracağıq!

Laricani: ABŞ və İsrailin
Yayınlanma tarixi: 3/1/2026 1:47:51 PM

“ABŞ və İsrail İran xalqının ürəyini yandırdı, biz isə onların ürəklərini yandıracağıq”.

ABŞ və İsrail İran xalqının ürəyini yandırıb və Tehran buna daha sərt cavab verəcək.

İslamazeri.com xəbər verir ki, bu fikirləri Əli Laricani Ali Lider Seyid Əli Xameneinin şəhadəti ilə bağlı açıqlamasında səsləndirib.

O, hadisəni İran xalqı üçün ağır zərbə kimi qiymətləndirərək, Ali Liderin ölümünü şəhidlik zirvəsi adlandırıb.

Laricani bildirib ki, İran artıq ABŞ və İsrailə raket zərbələri endirib və bu zərbələr təsirli olub. Onun sözlərinə görə, qarşı tərəf bu günə qədər qarşılaşmadığı güclə üzləşəcək.

“ABŞ və İsrail İran xalqının ürəyini yandırdı, biz isə onların ürəklərini yandıracağıq”, – deyə o vurğulayıb.

GÜNÜN MANŞETLERİ