Livan ordusu döyüş hazırlığı vəziyyətinə keçdi

Livan ordusu döyüş hazırlığı vəziyyətinə keçdi
Yayınlanma tarixi: 1/23/2023 10:44:03 AM

Livan ordusu sionist İsrail qüvvələrinin sərhədi pozması səbəbindən döyüş hazırlığı vəziyyətinə keçib.

İslamazeri.com xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, üç ekskavator, bir zirehli transportyor və bir piyadadan ibarət İsrail qüvvələri səhər saatlarından etibarən Livanın cənubundakı Hunin şəhəri yaxınlığında sərhədi pozub.

Hesabatda "Livan ordusunun Mavi Xəttin hər hansı pozuntusunun qarşısını almaq üçün bölgədə həyəcan təbili çaldığı" bildirilib.

Livan ordusunun yanvarın 19-da verdiyi açıqlamada sionist İsrail əsgərlərinin Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin (UNIFIL) nəzarəti altında cənubda "Mavi Xətt" sərhədini iki sahə üzrə təxminən 2 metr məsafədə hərbi ekskavatorla pozduğu qeyd edilib.

Bildirilib ki, İsrailin pozuntusunu anlayandan sonra Livan ordusu yaranmış vəziyyətə etiraz edib və İsrailin sərhəddə işləməsinə icazə verməyib.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM