Livanda ölənlərin sayı 4278-ə çatıb.
İslamazeri.com xəbər verir ki, məlumata görə, 2 martdan bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4278-ə çatıb.
Livan Səhiyyə Nazirliyi 2 martdan bəri ölkə daxilində İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı yenilənmiş rəqəmləri paylaşıb.
Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində şəhidlərin sayı 21 nəfər artaraq 4278-ə çatıb. Yaralıların sayının 12196 olduğu bildirilir.
Nazirlik əvvəlki gün ölənlərin sayını 4257 elan etmişdi.
Bu arada, sionist rejim ordusunun atəşkəs prosesinə və regional diplomatik təşəbbüslərə baxmayaraq Livanın cənubuna hərbi hücumlarını davam etdirdiyi bildirilib.
Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail artilleriyası Nəbatiyyə qubernatorluğundakı Beyt Yəhun şəhərini hədəfə alıb. İsrail qüvvələrinin həmçinin Bint Cbeyl rayonundakı Aita əl-Cəbəl və Beyt Yəhun şəhərlərində bir neçə evi yandırdığı bildirilir.