Əliyev və Ərdoğan Füzuli hava limanının açılışını edib

Əliyev və Ərdoğan Füzuli hava limanının açılışını edib
Yayınlanma tarixi: 10/26/2021 5:22:02 PM

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib. Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.

İslamazeri.com xəbər verir ki, Azərbaycana birgünlük işgüzar səfər edən Ərdoğan Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazidə tikilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Rəmzi açarları dövlət başçılarına “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov təqdim edib.

FOTO

GÜNÜN MANŞETLERİ

Tramp: İranla razılaşma istənilən an ola bilər
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Tramp: İranla razılaşma istənilən an ola bilər

5/8/2026 2:00:33 PM
Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM