Liz Trass: Mən böyük sionistəm, İsrailin güclü dəstəkçisiyəm

Liz Trass: Mən böyük sionistəm, İsrailin güclü dəstəkçisiyəm
Yayınlanma tarixi: 10/5/2022 10:43:57 AM

Böyük Britaniyanın baş naziri Liz Trass Sionist Mühafizəkarların Dostları (CFI) tədbirindəki çıxışında "Mən böyük sionistəm. İsrailin böyük dəstəkçisiyəm" deyib.

İslamazeri.com xəbər verir ki, İngiltərənin Baş naziri Liz Trass İngiltərənin Birmingem şəhərində sionistlərin təşkil etdiyi Mühafizəkarların Dostları (CFI) tədbirində iştirak edib.

Tədbirdə çıxış edən Trass ölkəsinin İsraili dəstəklədiyini bildirib.

Məlumata görə Liz Trass çıxışı zamanı bildirib:

"Mən böyük bir sionistəm. İsrailin böyük dəstəkçisiyəm. İngiltərə-İsrail əlaqələrini gücləndirəcəyik".

Böyük Britaniyanın səfirliyini Qüdsə köçürmək qərarından məmnun olduqlarını ifadə edən Trass deyib:

"Biz həqiqətən ümid edirik ki, hökumət ABŞ kimi səfirliyi Qüdsə köçürəcək. İsrail və İngiltərə arasındakı dostluğu göstərmək üçün atılan bu addım çox əhəmiyyətlidir. İngiltərənin yalnız bir paytaxtı var, o da London. İsrailin yalnız bir paytaxtı var, o da Qüdsdür."

GÜNÜN MANŞETLERİ

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı

7/28/2026 5:25:37 PM
Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM