Yanğın çox böyük olub və əraziyə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da gəlib.
İslamazeri.com xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib.
Yanğın çox böyük olub və əraziyə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da gəlib.
Yanğının söndürülməsi əməliyyatına nazirliyin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.