Macarıstan: Qərb çox təhlükəli oyun oynayır

Macarıstan: Qərb çox təhlükəli oyun oynayır
Yayınlanma tarixi: 28.01.2023 10:59:05

Rusiya Ukraynada uğur qazanarsa, o zaman NATO ölkələri problemlərlə üzləşəcək.

İslamazeri.com “The American Conservative”-yə istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bəyan edib.

Əgər Rusiyanın yaz hücumu uğurlu olarsa, o zaman NATO ölkələri qarşısında bu məsələ duracaq: Ukrayna üçün vuruşmağa əsgərlər göndərilsinmi? Bu, amerika xalqının düşündüyü şey deyil, lakin bu, hər gün daha da çox artan avropalının ağlındadır ki, əgər müharibə genişlənərsə, kimlərin ölkələri xaraba və viran qalacaq“, – deyə o qeyd edib.

Orbanın sözlərinə görə, reallıq bundan ibarətdir ki, Qərb “Rusiya ilə müharibə şəraitindədir və bu məsələdə hər gün daha da irəli gedir“.

Olduqca çox Qərb sakini həqiqətdə nələrin baş verməsi və nəyin baş verə biləcəyi barədə yanılır. Qərb düşünə bilər ki, o, Rusiya ilə vuruşmur, lakin daha da çox silah göndərərək və faktiki hərbi intervensiyaya (müdaxiləyə) yaxınlaşaraq Qərb lideləri özləri özləri ilə, Rusiya və Qərb ictimaiyyəti ilə olduqca təhlükəli oyun oynayırlar“, – deyə o vurğulayıb.

Orban əlavə edib ki, rəsmi Budapeşt ən əvvəldən sülhə təkid edib və Ukraynaya silah göndərməkdən imtina edib, çünki heç kimin tərəfində münaqişədə iştirak etmək istəmir.

GÜNÜN MANŞETLERİ