Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib
Yayınlanma tarixi: 4/5/2023 2:10:50 PM

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

İllik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatları (QHT) cərimələnə bilər.

İslamazeri.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qanuna əsasən QHT-lər illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT-lər www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınız təqdim edə bilərlər.

Vurğulanıb ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulmub. Başqa sözlə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.

GÜNÜN MANŞETLERİ

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib

4/27/2026 3:28:54 PM
Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO

4/27/2026 1:47:10 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/27/2026 1:00:01 PM