Martın ilk gününə olan HAVA PROQNOZU

Martın ilk gününə olan HAVA PROQNOZU
Yayınlanma tarixi: 2/28/2023 12:58:06 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

GÜNÜN MANŞETLERİ

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
ÖLKƏ / SİYASƏT

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir

4/29/2026 11:05:48 AM
Livanın cənubunda söküntü işləri aparan israilli podratçı öldürülüb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanın cənubunda söküntü işləri aparan israilli podratçı öldürülüb

4/29/2026 10:32:02 AM
Livanda ölənlərin sayı 2534-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda ölənlərin sayı 2534-ə çatıb

4/29/2026 10:00:56 AM