Masallı rayonunda zəlzələ

Masallı rayonunda zəlzələ
Yayınlanma tarixi: 29.11.2022 10:16:01

Azərbaycanın Masallı rayonunda zəlzələ olub

Noyabrın 29-da Azərbaycanda zəlzələ qeydə alınıb.

İslamazeri.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:47-də Yardımlı stansiyasından 27 kilometr şərqdə, Masallı rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.

GÜNÜN MANŞETLERİ