Mədəniyyət naziri Xorvatiya səfiri ilə görüşüb

Mədəniyyət naziri Xorvatiya səfiri ilə görüşüb
Yayınlanma tarixi: 15.12.2022 11:22:44

Mədəniyyət naziri Anar Kərimov dekabrın 14-də Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebici qəbul edib.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə Xorvatiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında söhbət açılıb.

Nazir Anar Kərimov iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və Xorvatiyanın sənət adamları, musiqi kollektivləri arasında birbaşa təmasın yaradılması mədəni əməkdaşlıq üçün vacib əhəmiyyət daşıyır.

Səfir Barnko Zebic qəbul üçün nazirə minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı baxımından uğurlu bir addım olduğunu diqqətə çatdırıb.

Diplomat xorvat şairi və diplomatı Draqo Stambukun Azərbaycan dilində çap olunan “Zefir” şeirlər kitabını Anar Kərimova hədiyyə edib.

Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq, beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55