Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
Yayınlanma tarixi: 6/12/2026 1:31:46 PM

İran və ABŞ arasında 14 maddəlik anlaşma Memorandumunun layihəsinə dair yeni təfərrüatlar dərc olunub

İslamazeri.com xəbər verir ki, "Mehr" agentliyinin yaydığı mətnə görə, İran və ABŞ arasında 14 maddəlik anlaşma memorandumunun layihəsinə dair yeni təfərrüatlar İranın danışıqlar qrupuna yaxın mənbə tərəfindən dərc edilib. Sözügedən layihənin təfərrüatları aşağıdakı kimidir:

  • 1. Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və daimi olaraq dayandırılması.

  • 2. ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına dair öhdəlik götürməsi və İran İslam Respublikasının suverenliyinə hörmət etməsi.

  • 3. Dəniz blokadasının 30 gün müddətində tamamilə aradan qaldırılması.

  • 4. ABŞ-nin öz qüvvələrini İranın ətrafından çıxarmaq barədə öhdəlik götürməsi.

  • 5. Hörmüz boğazının 30 gün müddətində, İranın müəyyən etdiyi qaydalarla (tənzimləmələrlə) yenidən açılması.

  • 6. Neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına qoyulan sanksiyaların dayandırılması və İranın öz maliyyə resurslarına tam çıxışının təmin edilməsi.

  • 7. ABŞ və müttəfiqləri tərəfindən İran üçün ən azı 300 milyard dollar dəyərində yenidənqurma planlarının təqdim edilməsinin zəruriliyi.

  • 8. Nüvə məsələlərinə əsaslanan yekun razılaşmaya nail olmaq, həmçinin ABŞ-nin ilkin və ikinci dərəcəli sanksiyalarının, BMT Təhlükəsizlik Şurasının və AEBA (Beynəlxalq Atom Enerjisi Agentliyi) Rəhbərlər Şurasının qətnamələrinin tamamilə ləğv edilməsi üçün 60 günlük danışıqların aparılması.

  • 9. İranın NPT (Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə) çərçivəsində nüvə silahı istehsal etməyəcəyinə dair öhdəliyini yenidən bəyan etməsi.

  • 10. Danışıqlar dövründə ABŞ regiondakı qüvvələrinin sayını artırmayacağı və yeni sanksiyalar tətbiq etməyəcəyi barədə öhdəlik götürür.

  • 11. 60 günlük yekun danışıqlar dövründə İranın dondurulmuş 24 milyard dollar vəsaitinin sərbəst buraxılması. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İranın sərəncamına verilməlidir.

  • 12. Razılaşmanın icrasına nəzarət etmək üçün monitorinq mexanizminin yaradılması.

  • 13. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq edilir.

  • 14. Yekun danışıqlar İranın dondurulmuş vəsaitinin yarısı sərbəst buraxılmadan, İrana qarşı neft sanksiyaları dayandırılmadan və dəniz blokadası qaldırılmadan başlanmayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların və zənginləşdirmənin taleyi, sanksiyaların ləğvi və İran iqtisadiyyatının yenidən qurulması proqramı mövzularında aparılacaq; İranın raket proqramı və müqavimət qruplarına dəstəyi ilə bağlı müzakirələr isə qəti şəkildə gündəlikdən çıxarılmışdır.

Xarici İşlər Nazirliyinin sözçüsünün bəyan etdiyi kimi, bu mətn hələ də İranın müvafiq qurumlarında nəzərdən keçirilməli və yekunlaşdırılmalıdır.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM