Mərhum Ayətullah Xamenei Məşhəddə dəfn olunacaq.
İslamazeri.com xəbər verir ki, ABŞ və İsrailin hava hücumları nəticəsində şəhid olan İranın Ali lideri Seyid Əli Xamenei doğma şəhəri Məşhəddə dəfn olunacaq.
Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, mərhum Ayətullah Xameneinin cənazəsi Tehranda keçiriləcək dəfn mərasimindən sonra Məşhədə aparılacaq.
Mərasimlərin dəqiq tarixi hələlik açıqlanmayıb və yaxın vaxtlarda elan ediləcəyi bildirilib.