Mərifət duası

Mərifət duası
Yayınlanma tarixi: 2/25/2026 10:58:59 AM

Mərifət duası...

İslamazeri.com: İmam Zamanın (əf) qeybdə olduğu vaxt oxunulması əmr olunan dualardan biri də Mərifət duasıdır.

Zürarə İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: "... Allah şiələrin qəlbini (qeyb dövrü ilə ) imtahan etmək istəyibdir. Bu zaman batil yolda olanlar şəkk-şübhəyə düşəcəklər " - Zürarə deyir : "Sənə qurban olum! Əgər o zamanda yaşasam hansı işi görüm?" İmam (ə) buyurdu : "Ey Zürarə! Əgər o zamanı dərk etsən bu duanı oxu..."

"Üsuli-Kafi", Şeyx Kuleyni, cild 1, səh. 337

Seyyid ibni Tavus: "Əgər cümə günü işlərin və hər hansı müşküllə bağlı heç bir əməli yerinə yetirə bilməsən belə, bu duanı oxumaqda süstlük göstərməkdən çəkin! Çünki biz bu duanı Allahın məxsusən bizə aid etdiyi fəzilətindən hesab edirik. Buna görə də ona etimad göstər!"

"Cəmalul-Usbu", Seyyid ibni Tavus, səh. 315

Ərəbcə:

اَللّهُمَّ عَرِّفنی نَفسَکَ فَاِنّکَ اِن لَم تُعَرِّفنی نَفسَکَ لَم اَعرِف نَبِیَّکَ، اَللّهُمَّ عَرِّفنی نَبِیَّکَ فَاِنَّکَ اِن لَم تُعَرِّفنی نَبِیَّکَ لَم اَعرِف حُجَّتَکَ

اَللّهُمَّ عَرِّفنی حُجَّتَکَ فَاِنَّکَ اِن لَم تُعَرِّفنی حُجَّتَکَ ضَلَلتُ عَن دینی

Duanın oxunuşu:

Allahummə ərrifni nəfsəkə , fə innəkə in ləm tuərrifni nəfsəkə , ləm ərif nəbiyyəkə, Allahummə ərrifni nəbiyyəkə , fə innəkə in ləm tuərrifni nəbiyyəkə, ləm ərif huccətəkə , Allahummə ərrifni huccətəkə , fə innəkə in ləm tuərrifni huccətəkə , zaləltu ən dini

Tərcüməsi:

Ey Allah, Özünü mənə tanıtdır, əgər Özünü mənə tanıtdırmasan, Peyğəmbərini tanıya bilmərəm. Ey Allah, Peyğəmbərini mənə tanıtdır, əgər Peyğəmbərini mənə tanıtdırmasan, Höccətini tanıya bilmərəm. Ey Allah, Höccətini mənə tanıtdır, əgər Höccətini tanıya bilməsəm, dinimdə azaram!

GÜNÜN MANŞETLERİ

Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır
ÖLKƏ / MÜXTƏLİF

Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır

8/5/2026 5:23:43 PM
Salavat necə deyilməlidir?
DİN

Salavat necə deyilməlidir?

8/5/2026 4:41:16 PM
MİQ üzrə vakansiya seçiminə başlanılıb
ÖLKƏ / TƏHSİL

MİQ üzrə vakansiya seçiminə başlanılıb

8/5/2026 3:47:22 PM
Suriya İraqla sərhədə qoşun yığır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriya İraqla sərhədə qoşun yığır

8/5/2026 1:46:54 PM
Sabah yağış yağacaq, güclü külək əsəcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq, güclü külək əsəcək

8/5/2026 1:24:26 PM