Milli Məclisdə koronavirusla bağlı dinləmə keçiriləcək

Milli Məclisdə koronavirusla bağlı dinləmə keçiriləcək
Yayınlanma tarixi: 1/13/2023 3:26:22 PM

Bununla bağlı məsələnin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilməsi gözlənilir.

Milli Məclisdə “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən digər tədbirlər barədə” dinləmənin keçirilməsi nəzərdə tutulur.

İslamazeri.com xəbər verir ki, bununla bağlı məsələnin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilməsi gözlənilir.

İşlər planı komitənin yanvarın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

GÜNÜN MANŞETLERİ