MİQ imtahanına hazırlaşanların NƏZƏRİNƏ!

MİQ imtahanına hazırlaşanların NƏZƏRİNƏ!
Yayınlanma tarixi: 7/6/2026 3:36:20 PM

MİQ imtahanına hazırlaşanların NƏZƏRİNƏ!

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub.

İslamazeri.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, bu gün saat 15:00-dan iyulun 9-u saat 15:00-dək Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq.

Xatırladılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar: - müsabiqədə ilk dəfə iştirak edən namizədlər; - şəhid ailəsinin üzvləri; - müharibə veteranı adı almış şəxslər; - əlilliyi olan şəxslər; - ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına hazırlaşır

8/13/2026 4:06:16 PM
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

8/13/2026 3:27:24 PM
İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır

8/13/2026 3:24:17 PM
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
ÖLKƏ / MÜXTƏLİF

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

8/13/2026 3:08:36 PM