MN-də xidməti müşavirə: Qarabağda əməliyyat şəraiti təhlil edilib

MN-də xidməti müşavirə: Qarabağda əməliyyat şəraiti təhlil edilib
Yayınlanma tarixi: 5/15/2023 4:05:37 PM

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.

Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.

Müşavirədə qış dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar qoşun növü komandanlarına çatdırılıb.

General-polkovnik Z.Həsənov Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının dəqiqləşdirilməsi, habelə qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Sonda müdafiə naziri bütün növ döyüş təminatı bölmələrinin gücləndirilmiş hazırlığına xüsusi diqqətin yetirilməsini tapşırıb.

GÜNÜN MANŞETLERİ

Sabah 20 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 20 dərəcə isti olacaq

3/18/2026 1:02:04 PM
İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub

3/18/2026 12:04:21 PM
İran kəşfiyyatı yüksək vəzifəli İsrail məmurunu məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran kəşfiyyatı yüksək vəzifəli İsrail məmurunu məhv edib

3/18/2026 11:39:13 AM