Möhsün Rzayi: İran müharibəyə hazırdır!
İslamazeri.com xəbər verir ki, İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, "ABŞ Prezidenti, Müharibə naziri və ABŞ Baş Qərargah rəisinin ortaq bir cəhəti var: Onlar xəyali şeyləri uğur kimi təqdim edirlər".
Rzayi şəxsi səhifəsində bunları yazıb:
"ABŞ Prezidenti, Müharibə naziri və ABŞ Baş Qərargah rəisinin ortaq bir cəhəti var: Onlar xəyali şeyləri uğur kimi təqdim edirlər".
Rzayi sözünə davam edib:
"İranın güclü silahlı qüvvələri müharibəyə hazırdır. Amerika qüvvələrinin qarşılaşacağı şey Normandiya və Siciliya deyil, Təbəs və İsfahandakı rüsvayçı əməliyyatlar olacaq".