Moskvada sinaqoqda məktəbin direktorunun azyaşlılara qarşı etdiyi illər sonra açıldı

Moskvada sinaqoqda məktəbin direktorunun azyaşlılara qarşı etdiyi illər sonra açıldı
Yayınlanma tarixi: 18.11.2022 13:45:44

Moskvada yəhudilərin dini məktəbdində törədilən cinayət illər sonra açılıb

İslamazeri.com İsrailin "9tv" portalına istinadən xəbər verir ki,  İsrailin Polis əməkdaşları ravvin Eliyahu Yisraeli Beyt Şemeş şəhərində saxlayıblar.

O, bir neçə azyaşlı israilliyə qarşı cinsi zorakılıq və nalayiq hərəkətlər etməkdə şübhəli bilinir.

Eliyahu İsrailin ittiham edildiyi hadisələr 2012-2015-ci illərdə Rusiyada baş verib.

Həmin vaxt şübhəli şəxs Moskvada Xor Sinaqoqunda dini məktəbin direktoru vəzifəsində çalışırmış.

Bu  illərdə bu məktəbdə təhsil almış bütün İsrail vətəndaşları olan yeniyetmələrdən (həm qadın, həm də kişi) şikayət ərizələri qəbul olunub. Alınan ifadələrdən belə bir mənzərə ortaya çıxır: şübhəli mütəmadi olaraq tələbələrə qarşı pozğun hərəkətlər edib.

Zərərçəkənlərdən biri bu "müəllim"lə görüşərək gizli videoya çəkib, sonradan video internetdə paylaşılıb.

Barəsində həbs-qətimkan tədbirinin təyin edilməsi ilə bağlı keçirilən prosesdə şübhəli şəxs heç bir nalayiq hərəkət etmədiyini, kiməsə toxunubsa, bunun sırf rəğbətini ifadə etmək məqsədi daşıdığını bildirib.

Eliyahu Yisraeli haqqında dünən 5 gün həbs-qətimkan tədbiri seçilib və adı mediada dərc olunmasına icazə verilib.

Hakim bunu digər zərərçəkənlərin bu işdən xəbər tutaraq polisə məlumat vermə ehtimalı ilə əlaqələndirib.

 

GÜNÜN MANŞETLERİ