Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
Yayınlanma tarixi: 5/3/2023 1:13:32 PM

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

28 aprel - 2 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən "İslamazeri.com"a bildirilib ki, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

GÜNÜN MANŞETLERİ

Zelenski Azərbaycana səfərə gəlib
ÖLKƏ / SİYASƏT

Zelenski Azərbaycana səfərə gəlib

4/25/2026 11:47:02 AM
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

4/25/2026 11:28:46 AM