Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb
Yayınlanma tarixi: 6/3/2026 11:41:58 AM

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb.

2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

"İslamazeri.com" xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər.

GÜNÜN MANŞETLERİ

Qədir Xum və
DİN

Qədir Xum və "Mövla" kəlməsi

6/3/2026 6:00:02 PM
Qədir Xum bayramının ƏMƏLLƏRİ
DİN

Qədir Xum bayramının ƏMƏLLƏRİ

6/3/2026 5:33:29 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

6/3/2026 2:04:14 PM