Müqəddəs Ərdəbilinin yuxusu

Müqəddəs Ərdəbilinin yuxusu
Yayınlanma tarixi: 1.12.2022 13:26:44

İslamazeri.com-un "Din" rubrikasından...

Əhməd ibni Muhəmməd Ərdəbili – Müqəddəs Ərdəbili adı ilə məşhur olan 10-cu hicri əsrinin ən böyük alimlərindəndir. Ərdəbili, o böyük alimdir ki, “Məalim” kitabının müəlifi ondan elm öyrənmiş və hədis nəql etmək üçün icazə istəmişdir.

  Əllamə Məclisi onun haqqında buyurur: “Nəfsinin, təqvasının, zahidliyinin müqəddəsliyində son həddə çatmışdı. Görkəmli alimlər və dahi şəxsiyyətlər arasında onun kimisinin sorağını almamışdım”.

  O, çox təvazökar bir insan idi və şagirlərinin arasında özünü çox kiçik tutardı. Onlara çox ehtiram göstərərdi. Təlim və tədrisdəki ixlası dillər əzbəri idi.
Bu böyük alim bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, Həzrət Musa (ə) da orada əyləşmişdi. Həzrət Musa (ə) Peyğəmbərə (s) sual verir ki, bu kişi kimdir? Peyğəmbər (s) buyurur: Özündən soruş.

  Həzrət Musa (ə) Müqəddəs Ərdəbilidən soruşur: “Sən kimsən?”. Alim cavab verir: “Mən Əhmədəm, Muhəmmədin oğlu, Ərdəbil əhlindənəm. Filan küçədə və filan evdə yaşayıram”.

  Həzrət Musa (ə) təəccüb edir və deyir: “Mən sənin ancaq adını soruşdum və bu dediklərin nə üçündür?”. Alim cavabında deyir: “Aləmlərin Allahı sizə sual verəndə ki, sənin əlində olan şey nədir, bəs niyə bu qədər ətraflı cavab verdiniz?”. “Ey Musa, sağ əlindəki nədir?” Dedi: “Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var”. (“Taha” 17-18).

Həzrət Musa (ə) Peyğəmbərə (s) deyir: “Düz deyirsən ki, mənim ümmətimin alimləri Bəni İsrayilin peyğəmbərləri kimidir”.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43