Narkotik maddə qəbul edən şəxslər sürücülük hüququndan məhrum edilib

Narkotik maddə qəbul edən şəxslər sürücülük hüququndan məhrum edilib
Yayınlanma tarixi: 12/9/2021 5:47:49 PM

Narkotik vasitə qəbul etmələri müəyyən edilən şəxslər 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

Bu barədə İslamazeri.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dekabrın 5-də saat 18 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda Sumqayıt şəhər sakini A.Tapdıqovun və Bakı şəhər sakini E.Binyətovun idarə etdikləri “Shacman” markalı 2 yük avtomobili nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib edilib.

Hər iki sürücü Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

GÜNÜN MANŞETLERİ

Tramp: İranla razılaşma istənilən an ola bilər
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Tramp: İranla razılaşma istənilən an ola bilər

5/8/2026 2:00:33 PM
Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM