NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub
Yayınlanma tarixi: 11/24/2022 6:00:27 PM

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində ölkəmizdə səfəri davam edir.

MN-dən "İslamazeri.com"a verilən məlumata görə, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub.

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

GÜNÜN MANŞETLERİ

Sabah 37 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 37 dərəcə isti olacaq

8/12/2026 1:19:36 PM
ÖLKƏ / MÜNASİBƏT

"Qaçqınkom" köçlə bağlı narazılıqlara cavab verib

8/12/2026 12:10:01 PM