Nazir saxta diplom məsələsinə münasibət bildirib

Nazir saxta diplom məsələsinə münasibət bildirib
Yayınlanma tarixi: 4/11/2023 6:26:16 PM

Emin Əmrullayev saxta diplom məsələsinə münasibət bildirib.

90-cı illərin əvvəlində, sovet dövründə Azərbaycandan kənarda təhsil almış bir çox müəllimlərimiz var ki, onların diplomlarının saxta olub-olmamasını sübut etmək çox çətindir.

İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, nazirlikdə dəfələrlə belə hallarla üzləşmişik.

"Məsələn, müəllimin əlindəki sənədin dövlət nümunəli olmadığını görürük, lakin özündən soruşduqda bu sənədin 90-cı illərin əvvəlində verildiyi müəyyən olunur. Həqiqət ondan ibarətdir ki, o dövrdə müharibə şəraiti olduğundan bəzi məktəblərə diplomlar çap edilib verilə bilməyib. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".

Nazir qeyd edib ki, eyni zamanda əlində hüquqi bazımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var:

"Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır".

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM