Nəcəfdə Ayətullah Xameneinin vida mərasimində 3 milyon insan iştirak edib

Nəcəfdə Ayətullah Xameneinin vida mərasimində 3 milyon insan iştirak edib
Yayınlanma tarixi: 7/9/2026 10:00:01 AM

Nəcəfdə Ayətullah Xameneinin vida mərasimində 3 milyon insan iştirak edib.

İslamazeri.com xəbər verir ki, İraqın müqəddəs Nəcəf şəhərində şəhid Ayətullah Xameneinin vida mərasimində 3 milyon insanın iştirak etdiyi bildirilib.

İraq mediasının məlumatına görə, Şəhid Ayətullah Seyid Əli Xameneinin Dəfn Mərasimi üzrə Ali Komitəsinin rəsmi sözçüsü general-leytenant Səd Maan bu gün, çərşənbə günü, vida mərasimində təxminən 3 milyon insanın iştirak etdiyini açıqlayıb.

Şəhid Ayətullah Xameneinin cənazəsi Nəcəf Beynəlxalq Hava Limanına gətirilib. Onu İraqın Baş naziri Əli əl-Zeydi, digər hökumət rəsmiləri və siyasi partiyaların nümayəndələri qarşılayıblar.

Şəhid liderin dəfn mərasimi Kərbəla şəhərində də keçirilib.

İran liderinin sonuncu dəfn mərasimi bu gün - 9 iyulda Məşhəddə keçiriləcək və cənazəsi İmam Rzanın (ə) ziyarətgahında dəfn olunacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına hazırlaşır

8/13/2026 4:06:16 PM
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

8/13/2026 3:27:24 PM
İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır

8/13/2026 3:24:17 PM
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
ÖLKƏ / MÜXTƏLİF

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

8/13/2026 3:08:36 PM