Netanyahu təcili ABŞ-a getdi.
İslamazeri.com xəbər verir ki, Omanda baş tutan İran-ABŞ danışıqlarından narahat olan İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edib.
Netanyahu Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə deyib: "İranla danışıqlarla bağlı prinsiplərimizi Prezident Trampa təqdim edəcəyəm".
O, bu prinsiplərin təkcə İsrail üçün deyil, həm də "sülh və təhlükəsizlik istəyən" bütün tərəflər üçün vacib olduğunu iddia edib.
Netanyahunun 11 fevral çərşənbə günü ABŞ Prezidenti Trampla görüşəcəyi bildirilmişdi.