Son günlər sosial mediada yayılan və İsrailin baş naziri Benjamin Netanyahu-nun çıxışını əks etdirdiyi deyilən video ətrafında mübahisələr yaranıb.
İslamazeri.com xəbər verir ki, bəzi alternativ media kanalları və istifadəçilər videonun süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini iddia edir.
“Cyberban” kimi bəzi kanallar videoda bir sıra texniki uyğunsuzluqlar gördüklərini bildirərək görüntünün deepfake və ya süni intellektlə generasiya edilmiş video ola biləcəyini irəli sürürlər. Onların iddiasına görə videoda üz mimikaları və bəzi detallar qeyri-adi görünür.
Sosial media istifadəçilərinin diqqət çəkdiyi əsas məqamlar bunlardır:
1.Üz mimikaları və ifadələr: Bəzi izləyicilər mimikaların bəzən süni göründüyünü iddia edir.
2. Dodaq və səs uyğunluğu: Videoda dodaq hərəkətinin səs ilə tam uyğun gəlmədiyini deyənlər var.
3. Kadr keçidləri: Bəzi kadr dəyişikliklərinin və görüntü keyfiyyətinin qeyri-adi olduğu qeyd olunur.
4. Əl və barmaq detalları: Bəzi istifadəçilər müəyyən kadrlarda əl formalarının təbii görünmür.