Nigeriyada qarşıdurmalarda azı 15 nəfər ölüb

Nigeriyada qarşıdurmalarda azı 15 nəfər ölüb
Yayınlanma tarixi: 16.05.2023 13:50:29

Nigeriyanın Nasarava əyalətində iki etnik qrup arasında baş verən qarşıdurmada ən azı 15 nəfər ölüb.

Nasarava əyalət polisinin sözçüsü Ramhan Nansel verdiyi açıqlamada, əyalətin Karu bölgəsində 18 yaşlı bir heyvandarın naməlum şəxslər tərəfindən öldürülməsindən sonra Tarkalafia və Kwaja etnik qrupları arasında qarşıdurmaların başladığını söylədi.

İslamazeri.com xəbər verir ki, Nansel qeyd edib ki, qarşıdurmalarda ən azı 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Yaralıların xəstəxanaya aparıldığını qeyd edən Nansel, zorakılıqda evlərə, nəqliyyat vasitələrinə və əkinçilik sahələrinə də ziyan vurduğunu bildirib.

Nigeriyanın şimal və mərkəzi hissələri heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında ara-sıra şiddətli qarşıdurmalara səhnə olur.

Yanvar ayında Nasarava və Benue əyalətlərinin sərhədində bombalı hücumda 39 nəfər həlak olmuşdu.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55