Ənsarullah: Sionistlərlə razılığa gəlmək mümkün deyil

Ənsarullah: Sionistlərlə razılığa gəlmək mümkün deyil
Yayınlanma tarixi: 5/20/2026 10:19:21 AM

Ərəb mediasının məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdül Malik əl-Husi bu gün etdiyi çıxışında cari məsələlərə toxunub.

İslamazeri.com xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdül Malik əl-Husi sionistlərlə razılığa gəlməyin mümkün olmadığını bildirib.

Əl-Husi deyib: "İslam ümməti sionist yəhudilərlə birlikdə yaşaya bilməz və onlarla razılığa gəlmək mümkün deyil, çünki onların mövcudluğu fəsad və təkəbbür üzərində qurulub".

Əl-Husi əlavə edib: "Sionist yəhudilər fəsadla məşğuldurlar və bu, Fələstinin işğalının əvvəlindən bu günə qədər davam edir".

Əbdül Malik əl-Husi, Təl-Əviv rejimi ilə normallaşma müqavilələri imzalayan İslam ölkələrini tənqid edərək bildirib:

“Bir çox müsəlman ölkəsi və şəxsiyyəti sionist yəhudilərə qarşı düzgün baxışa malik deyil və onlarla sülh və birgəyaşayış ehtimalını sanki reallıq kimi müdafiə edir.

İslam dünyasındakı mövcud vəziyyət xaos içindədir və düşmənə qarşı səhv yanaşmanın nəticəsidir. Bir çox insan, xüsusən də elita, sionist düşmənin yaratdığı təhlükəyə lazımi diqqət və həssaslıq göstərmir.”

Ənsarullah lideri əlavə edib: “Qurani-Kərim sionist yəhudilərə qarşı mübarizəyə düzgün baxış bucağı təqdim edir.”

GÜNÜN MANŞETLERİ