Yəmənin Ənsarullah hərəkatı Bab əl-Məndəb boğazının bağlanmasının gündəmdə olduğunu bildirib və belə bir addımın neft qiymətlərini barel üçün 200 dollara qaldıra biləcəyi barədə xəbərdarlıq edib.
İslamazeri.com xəbər verir ki, Ənsarullah Bab əl-Məndəb boğazının bağlanma ehtimalı ilə bağlı açıqlamalar verib. Ənsarullah informasiya nazirinin müavini Məhəmməd Mənsur boğazın bağlanmasının neft qiymətlərini barel üçün 200 dollara qaldıra biləcəyini bildirib.
Mənsur açıqlamasında Yəmən sahillərindəki boğazın bağlanması ilə bağlı suala cavab olaraq deyib:
"Bu, hələ qərarlaşdırılmayıb. Biz iranlı qardaşlarımızla birgə fəaliyyət planını müzakirə edirik. Ən əsası, düşmənlərimizə heç vaxt təslim olmayacağımız aydındır. Avropa da başa düşməlidir ki, əgər Müqavimət Oxunun düşməni olmağa davam edərsə, neftin qiymətini barel üçün 200 dollara qaldıraraq onun iqtisadiyyatını boğacağıq".