Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkarlanıb

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkarlanıb
Yayınlanma tarixi: 10/22/2022 12:16:49 PM

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaret aşkar edilərək götürülüb.

İslamazeri.com DGK-ya istinadən xəbər verir ki, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57 560 ədəd, ümumilikdə 2 fakt üzrə 92 960 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM