Pakistan: İran-ABŞ danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edilib

Pakistan: İran-ABŞ danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edilib
Yayınlanma tarixi: 5/6/2026 11:10:01 AM

Pakistan: İran-ABŞ danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edilib.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İran-ABŞ danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

Dar bu sözləri İran-ABŞ danışıqları ilə bağlı deyib.

Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirən Dar deyib: "Vasitəçi kimi məqsədimiz tərəfləri sülh razılaşmasına gətirməkdir; bu, regionun və dünyanın ehtiyac duyduğu bir şeydir. Əminik ki, danışıqlarda böyük irəliləyişlər olub və atəşkəsə nail olmaq və dialoqa başlamaq üçün səy göstərmişik."

Pakistanlı nazir əlavə edib: "Məqsədimiz böhrana hər iki tərəf üçün qazanclı bir razılaşma ilə son qoymaqdır."

GÜNÜN MANŞETLERİ