Pakistan Səudiyyəyə qoşun göndərib - SƏBƏB

Pakistan Səudiyyəyə qoşun göndərib - SƏBƏB
Yayınlanma tarixi: 5/20/2026 1:20:43 PM

Pakistan Səudiyyəyə qoşun göndərib.

Pakistan qarşılıqlı müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanında 8 min hərbçi, JF-17 qırıcı təyyarələri eskadrilyası və HQ-9 hava hücumundan müdafiə sistemi yerləşdirib.

İslamazeri.com xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətlərinin əməkdaşlarına və hökumət mənbələrinə istinadən məlumat yayılıb.

Agentliyin mənbələri Pakistanın bu addımlarını “krallığa mümkün hücumlar halında Səudiyyə Ərəbistanına dəstək tədbirləri” adlandırıblar. Onların sözlərinə görə, qüvvələrin yerləşdirilməsi Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir, birbaşa komandanlığı isə Pakistan həyata keçirir.

Qeyd edilir ki, Pakistan bundan əvvəl də ABŞ-İsrailin başlatdığı müharibə zamanı İranın cavab tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələrindən sonra Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərmişdi.

GÜNÜN MANŞETLERİ