Pakistanda təbii fəlakətdə ölənlərin sayı 1700-ə çatıb

Pakistanda təbii fəlakətdə ölənlərin sayı 1700-ə çatıb
Yayınlanma tarixi: 10/11/2022 1:39:26 PM

Pakistanda iyun ayından bəri davam edən musson yağışlarının yaratdığı sel fəlakətində can itkisi 1700-ə, yaralı sayı isə 12867-yə yüksəlib.

İslamazeri.com xəbər verir ki, açıqlamada həyatını itirənlərdən 632-nin uşaq, 340-nın qadın olduğu, Sind əyalətində 747 nəfərin, Bəlucistanda 336 nəfərin, Hayber Paxtunxva əyalətində 308 nəfərin və Pəncab əyalətində 221 nəfərin olduğu bildirilib.

Açıqlamada həmçinin 2 milyon 48 min 789 evin dağıldığı, ən azı 1 milyon 100 min heyvanın tələf olduğu bildirilib.

Pakistanın İqlim Dəyişiklikləri Naziri Şerri Rəhman açıqlamasında bildirib:

"O, Dünya Bankının daşqın fəlakətinin Pakistan iqtisadiyyatına 40 milyard dollar ziyan vuracağını və daşqınlar səbəbindən təxminən 9 milyon pakistanlının yoxsulluq içində yaşayacağını təxmin etdiyini bildirib".

GÜNÜN MANŞETLERİ

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM