Peskov: "Rusiya heç bir hibrid müharibə aparmır"

Peskov:
Yayınlanma tarixi: 11/18/2021 5:27:47 PM

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanı Rusiyanı “bütün bəlaların baiskarı” kimi görməyə son qoymağa çağırıb.

İslamazeri.com RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin “hibrid müharibələr” aparması ilə bağlı məqaləni şərh edib.

O deyib ki, Böyük Britaniyada çoxlu isterik nəşrlər var və onlara elə bu cür də yanaşmaq lazımdır.

Peskov bildirib ki, Rusiya heç bir hibrid müharibə aparmır və rəsmi Moskva bunu qəti şəkildə istisna edir.

Peskov Avropanı Rusiyanı “bütün bəlaların baiskarı” kimi görməyə son qoymağa və “hazırda Avropanı boğan problemlərin ilkin mənbələrinə müraciət etməyə” çağırıb. Peskov bu cür “ilkin mənbələrin” çox olduğunu qeyd etsə də, onların adlarını çəkməyib.

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM